Əsas Səhifə > Hadisə, Manşet > İşğal altında olan daha bir rayonun başçısı dəyişdirilir
İşğal altında olan daha bir rayonun başçısı dəyişdirilir17-03-2016, 09:20 |
DİA.AZ: - Bu günlərdə Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov görəvindən azad ediləcək. Bu barədə DİA.AZ-a hökumətdəki mənbələr informasiya verib. Xəbəri verən qaynaq iddia edir ki, barəsində davamlı şikayətlər olunan və rəsmən "yuxarıların" belə səbr kasasını daşıran Raqub Məmmədovla bağlı qərar bir müddət əvvəl verilib. Mənbənin dia-az.site-a söylədikləri: "Raqub Məmmədova yetərincə xəbərdarlıqlar edilsə də, görünəni odur ki, Ağdamın RİH başçısı nəticə çıxarmadı". Qeyd edək ki, bir neçə gün əvvəl digər iki işğal olunmuş rayonun - Laçın və Cəbrayılın da icra başçıları sərt tənqidlərin hədəfi olaraq tutduqları vəzifələrindən kənarlaşdırılmışdılar. Geri qayıt |