Əsas Səhifə > Hadisə, Manşet > Ramin Quluzadə özünün şah gedişini edir...

Ramin Quluzadə özünün şah gedişini edir...


11-03-2016, 10:06
Ramin Quluzadə özünün şah gedişini edir...
DİA.AZ: - Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yeni struktur islahatları gözlənilir. Bu barədə DİA.AZ-a hökumətdəki mənbə informasiya verib. Xəbəri verən qaynaq bildirir ki, nazir Ramin Quluzadə hələ Əli Abbasovun dönəmindən tədarükü görülən, amma öhdəsindən gəlinməyən bir planı gerçəkləşdirir.

Mənbənin dia-az.site-a söylədikləri: "«Aztelekom» və «Bakı Telefon Rabitəsi» İstehsalat Birliklərinin birləşdirilməsi məsələsi yenidən gündəmdədir. Və yaxın günlərdə stasionar telefon rabitəsi xidmətləri ilə məşğul olan iki dövlət müəssisəsi – «Aztelekom» və «Bakı Telefon Rabitəsi» (BTRİB) İstehsalat Birliklərinin vahid ASC formasında fəaliyyət göstərməsi ilə bağlı rəsmi qərar veriləcək".

DİA.AZ xatırladır ki, bununla bağlı təkliflər hələ bir neçə il əvvəl RYTN ilə Əmlak Məsələləri Dövlət Komitəsi ilə birgə hazırlanmışdı.

Onu da qeyd edək ki, hər iki dövlət qurumunun rəhbəri məlum "MTN işi" ilə əlaqədar istintaqa cəlb olunublar.

Geri qayıt