Əsas Səhifə > Hadisə, Manşet > Xocavənddə icra başçısına qarşı hərəkətlənmə...
Xocavənddə icra başçısına qarşı hərəkətlənmə...17-02-2016, 09:18 |
Ölkədə büdcədən maliyələşən idarə və müəsissə rəhbərləri onlara ayrılan vəsaitləri müxtəlif yollarla silərək mənimsədikləri uzun müddətdir ki, mətbuatda işıqlandırılır. Son illər Azərbaycn Mədəniyyət və Turizm Nazirliyinin yerli rayon idarələrindəki mənimsəmələr korrupsiya faktları artıq açıq füsət alıb. Belə idarələrdən biridə ölkənin ən kiçik rayonlarından biri olan Xocavənd rayon Mədəniyyət və Turizm İdarəsidir. AzFakt.com-un elektron poçtuna göndərilən məlumatda Xocavənd rayon Mədəniyyət və Turizm İdarəsinin müdiri Ramiz Balakişiyevin maliyyə maxinasiyaları ilə bağlı ilginc məlumatlar daxil olub. Həmin məlumatlara keçməmişdən öncə qeyd edək ki, Xocavənd Mədəniyyət və Turizm şöbəsinin balansında 7 mədəniyyət evi, 13 klub, 13 kitabxana və 2 musiqi məktəbi fəaliyyət göstərir. Göndərilən məlumatda bildirilir ki, Xocavənd rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Ramiz Balakişiyev kiçik bir rayonun idarəsi hesabına əməlli başlı "qaz vurub qazan doldurur". İdarə müdiri hər ay "ölü canlar"ın hesabına ən azı 4-5 min manat qaznc əldə edir. Rayonu Mədəniyyət və Turizm idarəsinin balansında olan mədəniyyət evləri, kitabxanalar və klubların əksəriyyəti formal olaraq fəaliyyət göstərir. İdarənin 7 mədəniyyət evindən 3 mədəniyyət evi, rayon Mədəniyyət evi, Tuğ Mədəniyyət evi, Xocavənd Mədəniyyət evi fəaliyyət göstərir. Bundan başqa Muğanlı, 1, 2 , 3 saylı Əmirallar, Salakətin, Haxullu, Günəşli, Köçbək, Xətai kənd klublarınında işləyən işçilərin çoxsunun yalnız adları və rəhbərləri var. Şöbə müdiri 1 saylı Kurapatkin, 1, 2 saylı Qaradağlı, 1,2 saylı Muğanlı, 1,2 saylı Əmirallar, Günəşli və Köçbək kənd kitabxanalarında "adı olan" özü olmayan işçilərin əmək haqqlarını mənimsəyir. Son illər Mədəniyyət və Turizm nazirliyinin rayon idarələrində apardıqları yoxlamalarda xeyli "ölü canlar" aşkar edilərək tədbir görülüb. Amma bu tədbirlərin Ramiz Balakişiyevə heç bir aidiyyatı yoxdur. Əgər nazirlik və yaxud Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Xocavənd rayon Mədəniyyət və Turizm idarəsində yoxlama apararsa ortaya çox ciddi maliyyə maxinasiyaları çıxar. Çünki Ramiz Balakişiyev hər ay dövlətdən adı olub özü olmayanların adına verilən əmək haqqlarını mənimsəməklə "kiçik oliqarxa" çevrilib. Məlumatda qeyd olunur ki, Ramiz Balakişiyev əldə etdiyi "gəlirin" bir hissəsini rayon icra başçısı Eyvaz Hüseynovla bölüşür. Ancaq son aylar icra başçısı ilə idarə müdirinin arası ciddi şəkildə soyuyub. Bunun ən başlıca səbəblərindən biri isə Ramiz Balakişiyevin özünə yaxın məclislərdə gələcəkdə icra başçısının yerinə gəlmək istəməsi informasiyasını dilinə gətirməsidir. Mənbəmiz iddia edir ki, idarə müdiri xam xəyallara düşərək Eyvaz Hüseynovun yerinə keçə biləcəyini düşünüb. Əslində isə Ramiz Balakişiyevin belə bir iddiaya düşməsinin əsas səbəblərindən biri idarə müdirinin Bakıda yaşayan qohumu vasitəsi ilə hakimiyyətdəki iri çəkili məmura "çıxış" tapmasına görə yaranıb. Belə ki, qohumunun həmin iri çəkili məmura ciddi şəkildə "xodunun" olduğunu düşünən Ramiz Balakişiyev gələcəkdə həmin kanaldan istifadə edərək Xocavənd rayon icra başçısı olmaq iddiasına düşüb. Məlumata görə son aylar rayon icra başçısı Eyvaz Hüseynovla bağlı mətbuatda ardıcıllıqla dərc olunan məlumatları və Prezident aparatına göndərilən anonim şikayət məktublarını məhz Ramiz Balakişiyev təşkil etdirir. İdarə müdiri Eyvaz Hüseynovun 23 illik hakimiyyətini tezləşdirməkdən ötrü onu medianın gündəminə gətiməklə planının bir hissəsini işə salıb. Mənbəmiz həmçinin qeyd edir ki, "kiçik oliqarxa" çevrilən Ramiz Balakişiyev Beyləqanda dəbdəbəli bir imarət tikib. Bundan başqa paytaxtın Sulutəpə qəsəbəsində böyük bir ev, həmçinin Yasamal rayonunda bahalı mənzilə sahibdir. İdarə müdirinin oğlu Rüstəm Balakişiyevi rüşvətlə təhsil ocaqlarından birinə qəbul etdirib. Hazırda universiteti bitirən Rüstəm Balakişiyev atasının ona aldığı idman stilli avtomobildə gəzir. Mənbəmiz Ramiz Balakişiyevin oğlunu rüşvətlə Bakıdakı idarələrdən birinə işə qəbul etdirdiyi və oğluna əlavə bir mənzil aldığını bildirdi. Həmçinin idarə müdirinin özünün bahalı bir CİP markalı avtomobili var. Bundan başqa evlərində xırda işlər üçün əlavə bir sovet istehsalı olan 2014-cü il istehsalı 007 avtomobilidə qulluqlarında dayanır. Ölkə prezidenti İlham Əliyev məmurlara xəbərdarlıq edərək dövlətin malına göz dikməmələrini və onların əsas vəzifələrinin xalqa xidmət olduqlarını dəfələrlə deyib. Prezident dövlət büdcəsini talayaraq şəxsi bizneslərini çiçəkləndirən, özlərinə gözəl gün - güzəran quran məmurların sərt şəkildə cəzalanacaqlarını bildirir. Ancaq Ramiz Balakişiyev prezident İlham Əliyevin xəbərdarlqılarını qulaqardına vurmaqla bərabər, rayon icra başçısı Eyvaz Hüseynova belə qarşı gedir. Görünür dövlət büdcəsini illərdir çapıb-talayan bu "kiçik oliqarx" həqiqətəndə Xocavənd rayon icra başçısı olmaq istəyir. Bildirək ki, Xocavənd rayon Mədəniyyət və Turizm İdarəsinin müdiri Ramiz Balakişiyevin oğluna və özünə məxsus avtomobillərin, obyektlərin fotosunu, həmçinin Rüstəm Balakişiyevin hansı təhsil ocağına necə təyin olunması və idarə müdirinin rayon icra başçısı Eyvaz Hüseynovun maliyyə kompramatlarını mətbuata necə ötürməsi ilə bağlı ilginc məlumatlar verəcəyik. Bizi izləməkdə davam edin. Qarşı tərəfin mövqeyini yaymağa hazırıq. Geri qayıt |