Əsas Səhifə > Dünya > Hələlik hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb
Hələlik hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb30-10-2015, 09:06 |
Birləşmiş Ştatlar İraqda azı 23 iranlı dissidentin və hərbçilərin ölümünə gətirmiş raket hücumunu pisləyib. Hadisə oktyabrın 29-da Bağdadda baş verib. ABŞ İraqı hadisəyə görə məsuliyyət daşıyanları tapmağa çağırıb. İraq polisinin məlumatına görə, keçmiş ABŞ bazası olmuş Camp Liberty-yə 15 raket atılıb. Bu baza Bağdad Beynəlxalq Aeroportunun yaxınlığında yerləşir. Həmin ərazidə İranın Mujahedeen-e-Khalq müxalifət qrupu mənzillənib. Hücumda 3 iraqlı əsgər də həlak olub. Hələlik hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb. Mujahedeen-e-Khalq İran dini liderlərinin hakimiyyətdən getməsini istəyir. ABŞ Dövlət katibi John Kerry də hücumu pisləyib, düşərgə ətrafında təhlükəsizliyi artırmağa çağırıb. Geri qayıt |