Əsas Səhifə > Dünya > Avropalıların şəxsi məlumatları ABŞ-da qorunmur

Avropalıların şəxsi məlumatları ABŞ-da qorunmur


8-10-2015, 08:17
Avropalıların şəxsi məlumatları ABŞ-da qorunmur
Avropa İttifaqının (Aİ) Ali Məhkəməsi, ABŞ şirkətlərində istifadəçilərin şəxsi məlumatları qorunmadığından, həmin məlumatların Avropadan Amerikaya ötürülməsi barədə 2000-ci il tarixli qərarı qüvvədən düşmüş sayıb.

Məhkəmə bu istiqamətdə araşdırmaların davam olunması barədə qərar çıxarıb. Həmin araşdırmanın yekununda, Facebook Aİ sakinlərinin şəxsi məlumatlarının adekvat sürətdə müdafiə edilmədiyinə görə ABŞ serverlərinə Avropadan ötürülməsini yasaqlayan qərar da çıxara bilər.

Lüksemburqda mənzillənən Avropa Məhkəməsinin qərarı Facebook-un işində problemlər yaratmaqla yanaşı, eləcə də Atlantika üzərindən biznes quran bir çox şirkətlərin işini çətinə sala bilər. Edward Snowden-in vətəndaşların ABŞ tərəfindən kütləvi izləndiyi barədə mətbuata açıqlamalarından sonra avstriyalı tələbə Max Schrems Facebook şirkətinə qarşı məhkəmə iddiası irəli sürmüşdü.

Tələbə Facebook qarşısında onun şəxsi məlumatlarını ABŞ serverlərinə ötürməmək şərtini qoymuşdu, çünki onun təbirincə, şəbəkə şəxsi məlumatların müdafiəsini təmin edə bilmir. Snoudenin ötürdüyü məlumata əsasən, Google, Apple və Facebook kimi internet şirkətlərindən ABŞ xüsusi xidmətləri məlumatları birbaşa ala bilirlər.

Max Schrems iddiasını ilk dəfə olaraq İrlandiyada qaldırmışdı. Facebook-un Avropa mənzil-qərargahı məhz İrlandiyada yerləşir. Tələbənin iddiası əvvəlcə məhkəmə tərəfindən rədd edilsədə, sonradan Avropa İttifaqının ən yüksək məhkəmə instansiyasınadək gedib çıxmışdı.

Aİ Məhkəməsi çərşənbə axşamı iddiaçının xeyrinə qərar qəbul edərək qeyd edib ki, ABŞ güc strukturlarına lazım olanda, Amerika şirkətləri şəxsi məlumatların mühafizəsi prinsipinə "məhəl qoymur". 2000-ci ilin qərarına görə, Avropa Komissiyası ABŞ serverlərinə ötürülümüş şəxsi məlumatların qorunmasını ABŞ rəsmilərinə etibar edib.

Bunun əsasında minlərlə Avropa və ABŞ şirkətləri sadələşdirilmiş qaydada, bahalı müdafiə tədbirləri görülmədən, məlumat mübadiləsi həyata keçirib, biznes qurub, elektron məlumatları ilə paylaşıb.

Geri qayıt