Əsas Səhifə > Dünya > Türkiyənin bölücü kürdlərindən daha bir rəzil addım
Türkiyənin bölücü kürdlərindən daha bir rəzil addım29-08-2015, 09:52 |
Türkiyədə Demokratik Bölgələr Partiyasının (DBP) üzvü olan bir qrup bələdiyyə başçısı Ermənistanın paytaxtı İrəvanda olan qondarma soyqırımı abidəsini ziyarət ediblər. ANS PRESS-in xəbərinə görə, bu barədə Əsassız erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksel Gülbey məlumat yayıb. Dərnəyin binasında jurnalistlərə açıqlama verən Gülbey həmin şəxslərin bu hərəkətlərinin səs yığıb seçildikləri bölgə sakinlərinə xəyanət olduğunu deyib. Sədr həmçinin bu hərəkəti kəskin şəkildə qınadıqlarını vurğulayıb. “Bu şəhərdə Hınçak və Daşnak partiyasının üzvü olan faşist erməni quldur dəstələri minlərlə silahsız müsəlman türk-kürd xalqını qətlə yetirib. Bu insanların hüquqlarını müdafiə etmək əvəzinə qətliam törədənlərin qondarma abidələrini ziyarət etmək bölgəmizin insanlarına xəyanətdir.” Gülbəy həmçinin abidəyə gedən bələdiyyə başçılarına qondarma abidədə kürd xalqı barədə ermənicə yazını oxumağı da məsləhət görüb. “Qondarma abidədə, bölgədə baş vermiş ölümləri “qətliam törətdilər” – deyərək və kürdləri ittiham edərək yazılan “ey oğul, atalarını öldürən kürdləri unutma” yazısını oxumadılarmı? Əgər bu yazını oxuyublarsa gizli düşmənçilik edən necə saxta bir “dostla” yola çıxdıqlarını bilməlidirlər. Bu ziyarət qətlə yetirilən müsəlman türk-kürd xalqına xəyanət və hörmətsizlikdir. Bu səbəblə də qondarma soyqırımı abidəsini ziyarət edən DBP heyətini şiddətlə qınayır və onları üzr istəməyə dəvət edirəm.” Geri qayıt |