Əsas Səhifə > Dünya > Müxalifət lideri ev dustaqlığına əməl etməyəcəyini deyir
Müxalifət lideri ev dustaqlığına əməl etməyəcəyini deyir6-01-2015, 09:28 |
Rusiya müxalifətinin lideri Aleksei Navalny deyir ki, ev dustaqlığı şərtlərinə əməl etməyəcək. O, hərəkətlərinin izlənməsi üçün taxılmış elektron bilərziyi də kəsib. Yanvarın 5-də Navalny vebsaytında yazıb ki, ev dustaqlığına məhkum edilməsi qanunsuzdur, çünki ölkə qanunvericiliyinə görə, bu qadağa yalnız hələ məhkum edilməmiş, təqsirləndirilən şəxslərə aid edilə bilər. O, pəncərə kənarına qoyduğu qara bilərziyin fotosunu da yerləşdirib, yazıb ki, biraz əlləşib və bu qurğunu mətbəx qayçısı ilə kəsə bilib. Prezident Vladimir Putinin tənqidçisi olan Navalny dekabrın 30-da böyük miqyaslı oğurluqda təqsirli bilinib və ona 3 il yarım şərti cəza verilib. "Rusiya məhkəmələri tarixində yeganə şəxsəm ki, məhkum olunandan sonra ev dustağıyam," Navalny yazıb. Geri qayıt |