Əsas Səhifə > Dünya > Putunin adamı deyir ki, Rusiya Krım tatarlarına xoşbəxtlik gətirib...
Putunin adamı deyir ki, Rusiya Krım tatarlarına xoşbəxtlik gətirib...26-09-2014, 10:38 |
“Krım Rusiyaya birləşdirilməsəydi, bölgədə Ukraynanın şərqindəki vəziyyət yaranardı”. Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov çıxış edib. O, Krımda tatarların hüquqlarının maksimum şəkildə qorunduğunu bildirib: “Rusiya Krımı dağıntılardan xilas etdi. Krım Rusiyaya birləşdirilməsəydi, bölgədə Ukraynanın şərqindəki vəziyyət yaranardı. Bu gün Krımda birlik var. Krımda tatar dili heç vaxt rəsmi dil olaraq qəbul edilməyib. Bu, ancaq Putin sərəncam imzaladıqdan sonra mümkün oldu. Artıq Krımda rusca, ukraynca və tatarca rəsmi dildir”. Peskov tatarların bir çoxunun Krımın Rusiyaya birləşdirilməsinə dəstək verdiyini deyib: “Krım tatarlarının bir çoxu müstəqillik referendumuna qatıldı. İştirak edənlərin əksəriyyəti Rusiyaya “bəli” dedilər. Cənab Cəmilov bir müddət Putinlə dialoq apardı. Təəssüf ki, Cəmilov və onunla birlikdə bir neçə adam bu referendumun nəticələrini qəbul etmədi. Yəni o, Krımda öz millətinin əksəriyyətinə qarşı çıxdı”. Dmitri Peskov Krım tatarlarının Rusiyanın bir parçası olduğunu və onları qoruyacaqlarını deyib. Geri qayıt |