Əsas Səhifə > Dünya > Rumıniya Prezidenti Ukraynaya dəstək qüvvələri komandanlığına 20 zabit göndərməyi təklif edib

Rumıniya Prezidenti Ukraynaya dəstək qüvvələri komandanlığına 20 zabit göndərməyi təklif edib


Bu gün, 06:01

Rumıniya Prezidenti Nikuşor Dan parlamentdən "istəklilər koalisiyası" tərəfindən yaradılmış, Ukraynaya dəstək üzrə çoxmillətli qüvvələrin əməliyyat komandanlığı qərargahına 20 rumıniyalı zabitin göndərilməsini təsdiqləməsini xahiş edib.

"Report" "Agerpres"ə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının parlamentə göndərdiyi məktubda deyilir.

Sənədə əsasən, rumıniyalı hərbi qulluqçular komandanlığın və ona tabe olan idarəetmə və nəzarət strukturlarının tərkibinə, o cümlədən strateji planlaşdırma, cari əməliyyatlar, təhlükəsizlik və kibermüdafiə sahələrinə daxil ola bilərlər.

Prezident Administrasiyasından vurğulanıb ki, Rumıniya Ukraynaya döyüş bölmələri yönəltmir və cəbhəyə hərbi qulluqçular göndərmir. Qeyd edilib ki, komandanlıq Böyük Britaniya və Fransa ərazisində fəaliyyət göstərir.


Geri qayıt