Əsas Səhifə > Dünya > Vuçiç belə asanlıqla gedənə bənzəmir...

Vuçiç belə asanlıqla gedənə bənzəmir...


Bu gün, 07:29

Serbiya Prezidenti Aleksandr Vuçiç növbəti seçkidə hakim Serb Proqressiv Partiyasının baş nazir postuna namizədi olacaq.
"DİA-AZ" xəbər verir ki, bu barədə məlumatı partiya artıq öz sosial şəbəkə hesablarında paylaşıb. Partiyanın parlament fraksiyasının rəhbəri Milenko Yovanov deyib ki, Vuçiç və onun siyasəti Serbiyanı hazırda ayaq üstə saxlayan fundamentdir. O, hazırda ölkədəki etiraz aksiyalarına rəhbərlik edənlərin hakimiyyətə gələcəyi təqdirdə ölkəni konslagerə çevirəcəyini iddia edib.
Aleksandr Vuçiç iyulda “Die Presse” nəşrinə müsahibəsində partiyasının oktyabrda keçiriləcək seçkidə qalib gəlmə şansının yüksək olduğunu açıqlamışdı.
Serbiyada son iki ildir hökumət əleyhinə genişmiqyaslı etiraz aksiyaları keçirilir. Aksiyaların əsas aparıcı qüvvələri gənclər və tələbələr hesab edilir. Vuçiç bu etirazlar fonunda 2027-ci ili gözləmədən tezliklə istefaya gedəcəyini açıqlayıb. Bununla belə bəzi ekspertlər Vuçiçin bu qərarını siyasi manevr adlandırırlar.

Geri qayıt