|
Tramp öz nümayəndələrini Putinlə görüşə göndərib. Uitkoff və Kuşner bundan əvvəl Moskvada iki dəfə olublar. Bu dəfə onlar ilk dəfə Kiyevə də gedəcəklər. Bir neçə ay əvvələ qədər Tramp Zelenskini demək olar ki, saymırdı. Sanki Ukrayna tərəf deyildi, danışıqlar yalnız Rusiya ilə aparılırdı. Amma son aylar Ukraynanın Rusiyaya endirdiyi uğurlu zərbələr Trampın mövqeyini dəyişib. Artıq heç kim Ukraynadan Donbasdan tamamilə çıxmasını tələb edə bilməz. Putin isə Donbası almadan müharibəni bitirməz. Ona görə də Amerika nümayəndələrinin səfərindən ciddi nəticə gözləməyə dəyməz. Məncə, bu, sadəcə, aralıq seçkilər ərəfəsində Trampın nədəsə uğur qazanmaq cəhdidir. Xüsusilə də İranla dalana dirənən müharibə fonunda.
Nigar Sabirqızı - "DİA-AZ"
Geri qayıt
|