Əsas Səhifə > Dünya > Ukrayna və Rusiya arasında HAVA DURUMU...

Ukrayna və Rusiya arasında HAVA DURUMU...


Bu gün, 07:10

Ukrayna prezidenti Volodimir Zelenski mülki aviaşirkətlərə Rusiyanın hava məkanının təhlükəli olması barədə xəbərdarlıq edib. "DİA-AZ" xəbər verir ki, bundan sonra ölkədə çoxsaylı reyslərin ləğv edildiyi, aeroportların bağlandığı xəbərləri gəlib.
Kiyev Moskva üçün mülki aviareysləri nə dərəcədə çətinləşdirə bilər?
"Söhbət fəaliyyətin müvəqqəti pozulmasından yox, onun həftənin yeddi günü, sutkanın 24 saatı bloklanmasından gedir. Strategiya bu hava limanlarını istifadəyə yararsız hala salmaqdır", – Ukraynanın Aviasiya Muzeyindən Valeri Romanenko AzadlıqRadiosunun Ukrayna xidmətinə bildirib.
O, belə bir əməliyyatı real sayır. Belə ki, bu zaman Rusiyanın çoxsaylı hava hücumundan müdafiə vasitələri bir istiqamətə yönələr, Ukrayna isə əməliyyatı kiçik dronlarla həyata keçirər.

Geri qayıt