Əsas Səhifə > Dünya > İran-ABŞ gərginliyində YENİ ŞTRİX...

İran-ABŞ gərginliyində YENİ ŞTRİX...


Bu gün, 07:48

Avropa İttifaqı (Aİ) avqustun 31-də bildirib ki, İrana qarşı təzyiqləri saxlamaq, gərginliyi azaltmaq və regionda sabitliyə töhfə vermək üçün Birləşmiş Ştatlar, G7-nin digər üzvləri və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlığı davam etdirəcək.
"DİA-AZ" xəbər verir ki, avqustun 31-i və sentyabrın 1-də ABŞ-nin Şimali Karolina ştatında G20 ölkələri maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin toplantısı keçirilib. Açıqlama da bu iclasla əlaqədar verilib.
"Aİ İranın sabitliyi pozan fəaliyyətlərinə son qoyması, xoş niyyətlə sülh danışıqlarına qoşulmasına yönəlmiş səyləri, ABŞ-nin rəhbərliyi ilə "iqtisadi təcrid" əməliyyatı çərçivəsində əlavə iqtisadi təzyiqi alqışlayır", – Aİ-nin açıqlamasında deyilir.
Qurum onu da bildirib ki, təhlükəsizliyini və maraqlarını qorumaq zərurəti yaranarsa, əlavə tədbirlər görməyə hazırdır.
İran bu açıqlamaya sərt reaksiya verib. Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai blokun İrana iqtisadi təzyiqi dəstəkləməsini tənqid edib.

Geri qayıt