Əsas Səhifə > Dünya > Kanadanın Çubays jesti...
Kanadanın Çubays jesti...Bu gün, 08:47 |
|
Kanada keçmiş yüksəkvəzifəli rusiyalı məmur Anatoli Çubaysı sanksiya siyahısından çıxarıb. "DİA-AZ" xəbər verir ki, bu barədə məlumat avqustun 26-da Kanada hökumətinin saytında yer alıb.
AzadlıqRadiosu məlumatı yoxlaya bilib. Kanada hökumətinin Çubaysla bağlı qəbul edilən qərarında onun aktivlərinin dondurulması və səyahətinə qadağa ləğv edilib. Qərarı həmçinin Kanadanın general-qubernatoru daxili işlər nazirinin tövsiyyəsi ilə təsdiqləyib.
Kanada hökuməinin saytında yerləşdirilən məlumatda deyilir ki, belə qərarın qəbuluna səbəb Daxili İşlər Nazirliyinin Çubaysdan bu siyahıdan çıxarılması üçün yetərli əsaslandırmalar əldə etməsi olub. Bununla belə əsaslandırmaların nədən ibarət olduğu açıqlanmayıb.
Çubays özü hələlik haqqında qəbul edilən qərarı şərh etməyib.
Anatoli Çubays 1990-cı illərdə Kremlə ən yaxın adamlardan hesab edilir. O bir müddət Rusiya Prezident Administrasiyasının rəhbəri və baş nazirin birinci müavini kimi işləyib. Putin dövründə isə uzun müddət “Rosnano” korporasiyasına rəhbərlik edib. Rusiyanı Çubays 2022-ci ildə tərk edib və indi İsraildə yaşayır.
Kanada Çubaysı sanksiyalar siyahısına əlavə edən yeganə NATO üzvü olub. Bundan öncə yayılan məlumatda bildirilmişdi ki, Çubays Kanada hökuməti ilə məhkəməsində Putinə qarşı həmişə müxalif olduğunu, Rusiyanı Ukrayna müharibəsinə qarşı olduğu üçün tərk etdiyini deyib.
Çubays Rusiyanı tərk etdikdən sonra heç bir açıqlama və intervyu verməyib. Putin isə Çubaysın ölkəni tərk etməsindən sonra onu istehza ilə “Moşe İzrailviç” adlandırıb.
Geri qayıt |