Əsas Səhifə > Dünya > MKİ direktorunun Putinlə MƏXFİ GÖRÜŞÜ

MKİ direktorunun Putinlə MƏXFİ GÖRÜŞÜ


Bu gün, 06:52

ABŞ prezidenti Donald Tramp deyir ki, Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliffin Rusiyaya səfərinin müəyyən nəticələri ola bilər. "DİA-AZ" xəbər verir ki, prezident avqustun 26-da “Glenn Beck Program” verilişinə müsahibə verib.
Kremlin mətbuat katibi Dmitri Peskov isə “Washington Post” qəzetinə deyib ki, MKİ rəhbəri Moskvaya “xüsusi xidmətlər arasında əlaqə yaratmaq” üçün gedib.
Peskov TASS agentliyinə bildirib ki, MKİ direktorunun Rusiya Prezidenti Vladimir Putinlə görüşü planlaşdırılmayıb. Amma Kremlin müxbirləri qrupuna daxil olan jurnalist Aleksandr Yunaşevin ehtimalına görə, Rusiya prezidentinin iş qrafiki məhz Retkliffin səfərinə görə dəyişdirilib.
“Washington Post” yazır ki, Peskov bir gün əvvəl Moskvanın Vnukovo hava limanına gələn ABŞ hərbi təyyarələri barədə Kremldə məlumat olmadığını bildirmişdi.
“The Wall Street Journal” Retkliffin səfərinin bir neçə mümkün səbəbini göstərib. Bunlar Rusiyada ehtimal olunan səfərbərlik, Ukraynanın Rusiyaya hücumlarını intensivləşdirməsi, İranla müharibə və ya Moskvanın NATO ölkələrinə qarşı mümkün təxribatı ola bilər.

Geri qayıt