Əsas Səhifə > Dünya > ABŞ və İran arasında 60 günlük atəşkəsin müddəti başa çatır
ABŞ və İran arasında 60 günlük atəşkəsin müddəti başa çatırBu gün, 05:18 |
|
ABŞ və İran arasında İslamabad Memorandumu çərçivəsində qüvvədə olan 60 günlük atəşkəs müddəti bu gün, avqustun 17-də başa çatır. APA xəbər verir ki, Pakistan hökumətindəki mənbələr avqustun 12-də Vaşinqton və Tehranın atəşkəs müddətinin uzadılmasına razılıqlarını vasitəçilərə çatdırdıqlarını bildirmişdi. Daha sonra, İranın yüksək vəzifəli mənbəsi atəşkəsin uzadılması ilə bağlı ABŞ-la heç bir müzakirə aparılmadığını açıqlamışdı. Bu səbəbdən hazırda uzadılmanın rəsmən təsdiqləndiyini söyləmək mümkün deyil. Geri qayıt |