Əsas Səhifə > Dünya > Neft bazarına HÖRMÜZ TƏSİRİ
Neft bazarına HÖRMÜZ TƏSİRİBu gün, 07:25 |
|
Avqustun 10-da neft yenidən bahalanıb. Bu, Hörmüz boğazının yenidən açılması ilə bağlı qeyri-müəyyənliyin qalması fonunda baş verir.
"DİA-AZ" xəbər verir ki, "Brent" markalı neftin fyuçersləri 1 faiz bahalaşaraq bir barel üçün 84.39 dollara çatıb. ABŞ-nin "West Texas Intermediate" (WTI) markalı neftinin fyuçersləri isə 0.75 faiz artaraq 78.77 dollar olub.
İran bildirir ki, ABŞ bir sıra şərtləri yerinə yetirməlidir.
Bundan əvvəl Tehran və Omanın boğazda yeni gəmiçilik marşrutları ilə bağlı razılaşmanın son mərhələsinə yaxınlaşdığı açıqlanmışdı.
Ötən həftə hər iki neft markasının qiyməti 7 faizdən çox ucuzlaşıb. Buna Hörmüzün yenidən açılmasına gətirib çıxaracaq razılaşmanın yaxın olmasına ümidlər səbəb olmuşdu.
İran avqustun 9-da Omanla razılaşmanın son mərhələdə olduğunu bildirsə də, vurğulayıb ki, boğaz Vaşinqton digər şərtləri də yerinə yetirdikdən sonra açılacaq. Bu şərtlərdən biri ABŞ-nin İrana genişmiqyaslı zərbələrə görə kompensasiya ödəməsidir.
İranın xarici işlər naziri Abbas Əraqçi həmin gün deyib ki, Tehran və Vaşinqton hazırda danışıqlar aparmır, ABŞ iyun razılaşmasını pozduğu müddətdə İran danışıqlara başlamayacaq.
Bu arada neft tədarükünə daha bir təhdid yaranıb. İranla müttəfiq husilər bazar günü Səudiyyə Ərəbistanının "Saudi Aramco" şirkətinin Cizandakı neft emalı zavodunu vurduqlarını bildiriblər.
Geri qayıt |