Əsas Səhifə > Dünya > Qazaxıstan BTC və Bakı-Supsanı əlavə neft ixracı marşrutları kimi nəzərdən keçirir
Qazaxıstan BTC və Bakı-Supsanı əlavə neft ixracı marşrutları kimi nəzərdən keçirirBu gün, 10:09 |
|
Qazaxıstan Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) fəaliyyətindəki qeyri-sabitlik fonunda Bakı-Tbilisi-Ceyhan (BTC), Bakı-Supsa marşrutlarını və Xəzər vasitəsilə Azərbaycan üzərindən tranziti neft ixracı üçün əlavə marşrutlar kimi qiymətləndirir. "Report" xəbər verir ki, bu barədə "İnterfaks-Qazaxıstan" agentliyinə respublikanın Energetika Nazirliyindən bildirilib. Qeyd edək ki, Qazaxıstanın "KazMunayQaz" milli neft-qaz şirkəti 2026-cı ildə BTC ilə neft ixracını 2025-ci illə müqayisədə 31 % artıraraq 1,7 milyon tona çatdırmağı planlaşdırır. 2026-cı ilin yanvar-iyun aylarında Aktau limanı vasitəsilə BTC istiqamətində 704 min ton Qazaxıstan nefti aşırılıb. Boru kəmərinin uzunluğu 1 768 km, ötürücülük qabiliyyəti isə ildə 50 milyon tondan çox neft təşkil edir. Geri qayıt |