Əsas Səhifə > Dünya > Kolumbiya ABŞ-nin yaratdığı "Amerikaların Qalxanı" alyansına qoşulur
Kolumbiya ABŞ-nin yaratdığı "Amerikaların Qalxanı" alyansına qoşulurBu gün, 06:51 |
|
Kolumbiyanın yeni prezidenti Abelardo de la Espriyelya ölkəsinin ABŞ-nin təşəbbüsü ilə yaradılmış "Amerikaların Qalxanı" (Shield of the Americas) alyansına qoşulacağını açıqlayıb. Teleqraf xəbər verir ki, bu barədə o, andiçmə mərasimindən sonra dövlət başçısı kimi ilk çıxışında bildirib. Prezident qeyd edib ki, mərasim başa çatdıqdan sonra imzalayacağı ilk sənədlərdən biri Kolumbiyanın alyansa qoşulması ilə bağlı olacaq. "Bu təşəbbüs qüvvələri birləşdirməyə, strateji məlumat mübadiləsini genişləndirməyə və milli, eləcə də regional təhlükəsizliyə təhdid yaradan risklərə qarşı azad ölkələrin birgə fəaliyyətini gücləndirməyə imkan verəcək", - deyə Espriyelya vurğulayıb. O bildirib ki, Kolumbiya digər ölkələr kimi qlobal səviyyədə fəaliyyət göstərən cinayətkar şəbəkələrlə təkbaşına mübarizə apara bilməz. Yeni prezident həmçinin hökumətinin bütün ölkələrlə qarşılıqlı hörmət prinsipi əsasında münasibətləri inkişaf etdirəcəyini, mövcud azad ticarət sazişlərini gücləndirəcəyini və yeni iqtisadi razılaşmaların imzalanmasına çalışacağını qeyd edib. Xatırladaq ki, martın 7-də Mayamidə keçirilən "Amerikaların Qalxanı" sammitində ABŞ Prezidenti Donald Tramp Latın Amerikasının bir sıra ölkələrinin liderlərini qəbul etmiş və beynəlxalq narkotik kartellərinə qarşı hərbi koalisiyanın yaradıldığını elan etmişdi. Geri qayıt |