Əsas Səhifə > Dünya > İş axtaranlar üçün AVSTRALİYA FÜRSƏTİ

İş axtaranlar üçün AVSTRALİYA FÜRSƏTİ


Bu gün, 08:33

Sürətlə qocalan Avstraliya yaxın illərdə əmək çatışmazlığını aradan qaldırmaq üçün milyona yaxın işçi qəbul edəcək.
Hazırda ən böyük işçi çatışmazlığı olan sahələr bunlardır:
1. Səhiyyə: həkimlər, tibb bacıları, yaşlılara qulluq işçiləri.
2. Tikinti: inşaat mühəndisləri, elektrikçilər, santexniklər, qaynaqçılar.
3. İT: proqramçılar, kibertəhlükəsizlik mütəxəssisləri, sistem inzibatçıları.
4. Nəqliyyat və logistika: TIR sürücüləri və logistika mütəxəssisləri.
5. Təhsil: məktəb müəllimləri, xüsusən riyaziyyat, fizika və kənd yerlərində çalışmağa razı olacaq müəllimlər.
İngilis dilini bilən, yaşı 45-dən az olan, diplom və ya peşə ixtisası olanlar, toyuq boyda hörümçəkdən qorxmayanlar yararlana bilər.
Orxan Atabəy - "DİA-AZ"

Geri qayıt