Əsas Səhifə > Dünya > Son sutkada azı 10 ticarət gəmisi Hörmüz boğazından keçib

Son sutkada azı 10 ticarət gəmisi Hörmüz boğazından keçib


Bu gün, 05:57

  • Son 24 saat ərzində azı 10 kommersiya gəmisi Hörmüz boğazından keçib.

Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı MarineTraffic gəmi izləmə platformasının məlumatlarına istinadən xəbər yayıb.

Məlumata görə, yeddi yük gəmisi Fars körfəzi istiqamətində, üç gəmi isə Oman körfəzi istiqamətində hərəkət edib.

CNN əlavə edib ki, son sutka ərzində daha azı 19 ticarət gəmisi Bab əl-Məndəb boğazını da keçib.

Xatırladaq ki, bundan əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai İran və Oman arasında Hörmüz boğazından keçən yeni marşrutun coğrafi koordinatlarının razılaşdırıldığını açıqlamışdı.


Geri qayıt