Əsas Səhifə > Dünya > İrəvanda qadınlar hakimiyyəti ələ keçirib...

İrəvanda qadınlar hakimiyyəti ələ keçirib...


Dünən, 03:05

Ermənistanda "güc nazirlikləri"nin rəhbərləri qadınlardır. Bu barədə "DİA-AZ" xarici KİV-ə istinadən xəbər verir.
Şubhəsiz ki, qadınlara hakimiyyət strukturlarında böyük rol ayırmaq Paşinyanın təşəbbüsüdür.
Hazırda Ermənistan hökumətində 12 nazirdən dördü qadındır.
Bunlar:
Arpine Sarkisyan – Daxili İşlər Naziri.
Janna Andreasyan – Təhsil, Elm, Mədəniyyət və İdman Naziri.
Anahit Avanesyan – Səhiyyə Naziri.
Srbuhi Galyan – Ədliyyə Naziri.
Beləliklə, qadınlar 12 nazirdən dördünü və ya hökumətin təxminən 33%-ni təşkil edir.
Qeyd etmək lazımdır ki, Baş nazir aparatının rəhbəri vəzifəsi də qadına həvalə edilmişdir.
Ermənistanın Baş prokuroru vəzifəsini də qadın tutur.

Geri qayıt