Əsas Səhifə > Dünya > ABŞ hücumları İranın cənubunda belə problem yaradıb...

ABŞ hücumları İranın cənubunda belə problem yaradıb...


Bu gün, 04:58

ABŞ və İran arasında hava zərbələrinin yenidən başlaması İranın cənub bölgəsinə ağır zərbə vurub. Sakinlər yay istisində elektriksiz və yanacaqsız qalaraq dolanışıq imkanlarından məhrum olublar.
"DİA-AZ" qeyd edir ki, Fars körfəzi sahilindəki Xuzistan və Buşehr əyalətlərində, Oman dənizi sahilindəki Hörmüzqan əyalətinin Məkran bölgəsində uzun illərdir əhalinin əsas dolanışığı dənizdən çıxıb.
ABŞ-nin zərbələri isə limanları, gəmiləri və balıqçı qayıqlarını hədəf seçərək balıqçıların, dənizçilərin və dəniz ticarətindən asılı minlərlə insanın həyatını alt-üst edib. Vaşinqton İranın Hörmüz boğazında və ətrafında kommersiya gəmilərinə hücumlarına cavab addımları atdığını bildirir.
"Cənubda raketlər xeyli qayığı batırdı. Çoxlu qayıq yandı... Maddi ziyan bir kənara, nə qədər insan həyatını itirdi", – deyə yerli sakin sosial şəbəkədə yayılan videoda bildirib.

Geri qayıt