Əsas Səhifə > Dünya > Vyana Tacikistana rədd cavabı verdi

Vyana Tacikistana rədd cavabı verdi


Bu gün, 06:08

Tacikistan Daxili İşlər Nazirliyi Avstriya hakimiyyətinə sorğu göndərərək, bu ölkədə sığınan 18 müxalif fəalın Düşənbəyə təhvil verilməsini istəyib. Nazirliyin məktubunda həmin şəxslərin vətənlərində ekstremizm də daxil olmaqla, müxtəlif ittihamlarla axtarışda olduğu bildirilir. Bu barədə AzadlıqRadiosunun tacik xidməti (Radio Ozodi) məlumat yayıb.
"DİA-AZ" xəbər verir ki, DİN-in müraciəti Avstriya Ədliyyə Nazirliyinə bu ilin aprelində daxil olub. "Radio Ozodi"nin xəbərinə görə, Vyana artıq ən azı üç nəfərlə bağlı ekstradisiya sorğusunu rədd edib.
İyunun 29-da Vyananın Cinayət Məhkəməsi 49 yaşlı Tacikistan vətəndaşı S.S.-nin Düşənbəyə təhvil verilməməsi barədə qərar çıxarıb. Adının açıqlanmasını istəməyən mənbə radioya bildirib ki, işin materiallarını araşdıran hakim qadının Tacikistana ekstradisiyasını qanunsuz hesab edib. Məlumata görə, həmin qadın qızlarından biri ilə Vyanada yaşayır. Tacikistan hakimiyyəti konstitusiya quruluşunu zorla dəyişdirməyə açıq çağırışlar ittihamı ilə ona cinayət işi açaraq, 2018-ci ildə barəsində axtarış elan edib.

Geri qayıt