Əsas Səhifə > Dünya > Ukraynada hakimiyyət dəyişikliyinə gedilir?

Ukraynada hakimiyyət dəyişikliyinə gedilir?


Bu gün, 07:01

Ukrayna Silahlı Qüvvələrinin sabiq baş komandanı Valeri Zalujnı prezident Volodimir Zelenskiyə dövlət başçısı postuna namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib. "DİA-AZ" xəbər verir ki, bu barədə "Ukrayinska pravda" nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, iyunun ortalarında Zelenski Prezident Ofisinin rəhbəri Kirilo Budanov, onun müavini Oleq Tatarov, "Xalqın xidmətçisi" fraksiyasının lideri David Araxamiya, müdafiə naziri Mixaylo Fyodorov və Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovla qapalı görüş keçirib.
"Ukrayinska pravda"nın məlumatına görə, görüşdə 2026-cı ilin payızında prezident seçkilərinin keçirilməsi imkanları müzakirə edilib. Buna səbəb qapalı sosioloji sorğunun nəticələri olub. Həmin araşdırmaya əsasən, Zelenskinin reytinqindəki geriləmə dayanıb, ona dəstək isə yenidən cüzi artmağa başlayıb.

Geri qayıt