Əsas Səhifə > Dünya > ASTANA NƏ EDƏCƏK?
ASTANA NƏ EDƏCƏK?Bu gün, 11:49 |
|
Ukraynanın Rusiyanın neft emalı zavodlarına endirdiyi raket və dron zərbələri nəticəsində bu ölkədə yanacaq qıtlığı yaşanır, yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb və bu vəziyyəti qonşu dövlətin ümumi iqtisadi vəziyyətinə də mənfi təsir edir. Rusiya hökuməti mövcuz vəziyyətdən çıxış yolu kimi qonşularına müraciət etməyə başlayıb. Rusiya Belarusdan sonra Qazaxıstandan da yanacaq-sürtkü materialları almaq istəyir.
Qazaxıstan hökuməti bu məsələylə bağlı qərar verməyə tələsmir. Çünki, Rusiyanı yanacaqla təmin etmək beynəlxalq aləmdə bu ölkənin Ukraynaya qarşı işğalçı müharibəyə dəstəyi kimi qiylətləndiriləcək. Buna görə də Qazaxıstan Energetika Nazirliyindən bildirilib ki, neft məhsullarının tədarükü sahəsində beynəlxalq sazişlərin və kommersiya müqavilələrinin bağlanması yalnız sərbəst resurs potensialı mövcud olduğu təqdirdə mümkündür. Açıqlamada həm də o vurğulanıb ki, Astana üçün mütləq prioritet ölkənin daxili bazarının tam və fasiləsiz təminatıdır: “Qonşu dövlətlərə ixrac tədarükü yalnız Qazaxıstanın öz vətəndaşlarının və iqtisadiyyatının tələbatının ödənilməsi üçün heç bir risk yaranmadığı təqdirdə həyata keçirilə bilər”. Astana bütün riskləri hesablamaq məcburiyyətindədir.
Müəllif: Elxan Şahinoğlu - "DİA-AZ"
Geri qayıt |