Əsas Səhifə > Dünya > İllərin sanksiyalarına dözən İran ÇÖRƏK SINAĞINDA

İllərin sanksiyalarına dözən İran ÇÖRƏK SINAĞINDA


Bu gün, 02:42

İran xalqı illərdir davam edən ağır iqtisadi sanksiyalara baxmayaraq, süfrəsinə çörək qoya bilirdi. Amma bu, indiyə qədər belə idi. ABŞ və İsraillə müharibənin alovlandırdığı kəskin bahalaşma və tədarük qıtlığı İranın infrastruktur və sənayesini çökdürüb. Bu isə ölkədə qarşısıalınmaz inflyasiyaya və işsizliyə yol açıb.
Çörək tarixən dövlət subsidiyaları sayəsində ucuz saxlanılan azsaylı əsas ərzaqlardan biri olub. Dövlət çörək sexlərinə unu aşağı qiymətlərlə verirdi. Amma paytaxt Tehran kimi şəhərlərdə çörəyin qiyməti ötən illə müqayisədə iki dəfə bahalaşıb. Bu da bir çox insanın gündəlik çörəkpulunu tapmasını belə çətinləşdirib.
"DİA-AZ" xəbər verir ki, paytaxt sakinlərindən biri AzadlıqRadiosunun fars xidmətinə (Radio Fərda) bildirib: "Vəziyyət çox bərbaddır. Amma biz yenə də bir çox insandan yaxşı durumdayıq". Hökumətin təzyiqlərindən qorxaraq adının gizli qalmasını istəyən qadın İrandakı yaşayış böhranını belə təsvir edib: "Artıq ət almıram, restoranlarda, demək olar ki, yemək yemirəm və aylardır özümə heç nə almamışam".

Geri qayıt