Əsas Səhifə > Dünya > Putinə qarşı QİYAM XƏBƏRDARLIĞI...
Putinə qarşı QİYAM XƏBƏRDARLIĞI...Bu gün, 06:03 |
|
RF-də "SVO" iştirakçıları arasında qiyam əhval-ruhiyyəsi güclənir. "DİA-AZ" xəbər verir ki, rus hərbçiləri Kremlə qarşı silahlı qiyamla hədələyirlər.
Voronejdən olan bloger və müharibə iştirakçısı Putinə müraciət ünvanlayaraq bildirib ki, əgər onu Kremlə buraxmasalar və canlı efirdə çıxış etməsinə imkan verməsələr, "ordu silahı Kremlə qarşı çevirəcək".
Onun sözlərinə görə, Rusiya ordusunda hərbçilərə qarşı kütləvi işgəncələr tətbiq olunur, əmrləri yerinə yetirməkdən imtina edənlər cəzalandırılır və bəzi hərbçilər "sıfırlanır" (öldürülür və ya aradan götürülür), daha sonra isə itkin düşmüş kimi rəsmiləşdirilir.
Mənbəyə görə, videoçarx bir neçə saat ərzində milyonlarla baxış və yüz minlərlə reaksiya toplayıb.
Geri qayıt |