Əsas Səhifə > Dünya > Polşa Aİ yolunda maneəyə çevrilir...

Polşa Aİ yolunda maneəyə çevrilir...


Bu gün, 07:42

Polşa Prezidenti Karol Navrotskinin ukraynalı həmkarı Volodimir Zelenskini ölkənin ən ali mükafatı olan "Ağ Qartal" ordenindən məhrum etməsi Varşava ilə Kiyev arasındakı tarixi ixtilafları yenidən alovlandırıb.
"DİA-AZ" xatırladır ki, bu qərara rəsmi səbəb kimi Kiyevin hərbi hissələrdən birinə İkinci Dünya müharibəsi dövründə fəaliyyət göstərmiş, fəaliyyəti bu gün də birmənalı qarşılanmayan Ukrayna Üsyançı Ordusunun (UPA) adını verməsi göstərilib.
Bu gərginlik Ukraynanın Avropa İttifaqına (Aİ) inteqrasiya sürətinə də birbaşa təsir göstərir. Avropalı diplomatların fikrincə, Kiyevin üzvlük yolunda ən böyük maneələri məhz onun birbaşa qonşuları yaradacaq. Ukrayna və Moldova üçün üzvlük fəsillərinin açılması prosesinə start verilsə də, rəsmi Varşava bu gedişatın sürətləndirilməsinə qarşı çıxır. Polşa diplomatiyası fəsillərin eyni vaxtda deyil, mərhələli şəkildə açılmasını nəzərdə tutan "salami taktikasına" üstünlük verir.

Geri qayıt