Əsas Səhifə > Dünya > “Tərəflərdən biri razılaşmanı yerinə yetirmək üçün özünün payına düşən yolu getmək vəziyyətində deyil”
“Tərəflərdən biri razılaşmanı yerinə yetirmək üçün özünün payına düşən yolu getmək vəziyyətində deyil”Bu gün, 08:28 |
|
Rusiya Ankoricdə keçən il ABŞ ilə əldə olunmuş Ukrayna ilə bağlı razılaşmaların icrasını gözləmir, qələbə gözləyir.
"DİA-AZ" xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov VQTRK-ya müsahibəsində deyib. O, ABŞ-ni nəzərdə tutaraq, “tərəflərdən biri razılaşmanı yerinə yetirmək üçün özünün payına düşən yolu getmək vəziyyətində deyil” deyib. Putinin köməkçisi bu razılaşmaların nə olduğunu açıqlamayıb.
Bir neçə gün öncə Rusiya xarici işlər naziri Sergey Lavrov və Uşakovun özü əldə olunan razılaşmaların icra olunacağına ümid etdiklərini bildirmişdilər. Uşakov onda demişdi ki, AB və Ukrayna bunun icrasına yox, Rusiyanın məğlubiyyətinə hədəfləniblər.
Rusiya və ABŞ liderləri avqustun 15-də Alyaskanın paytaxtı Ankoricdə görüşmüşdülər. Tərəflər Ankoricdə liderlər arasında hansı razılığın əldə olunduğunu indiyə qədər açıqlamayıblar. Bununla belə ekspertlər hesab edirdilər ki, söhbət konfliktin dondurulması və Donbasın tam olaraq Rusiyanın tərkibinə verilməsindən gedib. Ukrayna bununla razılaşmayıb. Trampın özü isə belə razılığın olduğunu inkar edib. Bunun əvəzində Kiyevdə ABŞ-nin onları ərazi güzəştinə getməyə məcbur etdiklərinə eyham vurulub.
Keçən həftə Fransada G7 liderlərinin görüşündə Tramp Ukraynaya dəstək verən bəyanatı dəstəkləyib.
Geri qayıt |