|
Ukrayna ilə Polşanın arasında diplomatik böhran yaşanır. Məsələ belədir: ▪ Zelenski Ukrayna Ordusunun bölmələrindən birinə “UPA qəhrəmanları” adını verib. ▪ UPA - Украинская Повстанческая Армия - Ukrayna Qiyamçı Ordusu deməkdir. Ukrayna üçün UPA - XX əsrdə müstəqillik uğrunda mübarizənin simvoludur. Bu hərbi hissələr II Dünya Müharibəsi zamanı həm Almaniyaya, həm də SSRİ-yə qarşı mübarizə aparıblar. Hazırkı müharibənin əsas şüarı olan «Слава Украине! Героям слава!» ifadəsi də UPA-dan gəlir. ▪1943-44-сü illərdə bu adı daşıyan hərbi hissələr Polşanın Volın şəhərində yerli əhaliyə qarşı etnik təmizləmə və genosid həyata keçirib. Bu, Polşa üçün çox ağrılı tarixi yaddaşdır. ▪Polşa prezidenti Karol Navrotski Zelenskini bu addımını geriyə götürməyə çağırıb. Ukrayna rəhbərliyi isə “Bizə tariximizi öyrətməyin!” cavabı ilə onun çağırışını ləğv edib. ▪Bundan sonra Navrotski Zelenskinin layiq görüldüyü “Ağ Qartal” Ordenini ləğv edib. ▪Ukraynanın Polşadakı səfiri könüllü şəkildə “Ağ Qartal” ordenindən imtina edib. Daxili işlər naziri Sibiqa və Prezidentin Ofsinin rəhbəri Budanov da eyni addımı atıblar. ▪Polşa siyasətçiləri bildirblər ki, “quldurları şərəfləndirən” Ukrayna Avropa İttifaqının üzvü olmağa mənəvi cəhətdən hazır deyil. Buna görə də onun namizədliyini dəstəkləməyəcəklər. ❗ Bu hadisə göstərir ki, Rusiyaya qarşı ortaq nifrətin təsirilə bir araya gəlsələr də, Ukrayna ilə Polşanın arasında çox dərin və köklü tarixi ziddiyyətlər var.
Müəllif: Vüsal Məmmədov - "DİA-AZ"
Geri qayıt
|