Əsas Səhifə > Dünya > Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb
Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıbBu gün, 02:58 |
|
Brüsseldə keçirilən sammitdə Avropa İttifaqı (Aİ) liderləri ilk dəfə olaraq Rusiyaya qarşı bütün sanksiyalar paketini altı ay deyil, bir il müddətinə uzatmaq qərarına gəliblər. APA xəbər verir ki, bu barədə Avropa Şurasının mətbuata açıqlamasında bildirilir. "Aİ liderləri sanksiyaları əvvəlki kimi altı ay deyil, 12 ay müddətinə uzatmaq qərarına gəldilər", - məlumatda deyilir. Bütün birtərəfli məhdudiyyətlər paketini 31 iyul 2027-ci ilə qədər uzatmaq barədə rəsmi qərar gələn həftə nazirlər səviyyəsində veriləcək. Geri qayıt |