Əsas Səhifə > Dünya > İran sazişini tənqid edənlər ABŞ üçün sonsuz müharibə təklif edirlər

İran sazişini tənqid edənlər ABŞ üçün sonsuz müharibə təklif edirlər


Bu gün, 06:19

“ABŞ-İran sazişinə qarşı çıxanlar mahiyyət etibarilə son iranlıya qədər sonsuz münaqişənin tərəfdarıdırlar”.

APA xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens deyib.


"Onlar sonsuz münaqişə təklif edirlər. Onlar istəyirlər ki, müharibə bütün bombalar atılana və ya bütün iranlılar ölənə qədər davam etsin. ABŞ prezidenti isə bunu istəmir. Mənə elə gəlir ki, sazişi tənqid edənlər, birincisi, onun əsl məzmununu nəzərə almırlar. İkincisi, alternativ təklif edə bilmirlər. Əgər alternativ, heç bir aydın məqsəd olmadan və ABŞ-ın aydın maraqlarını nəzərə almadan bomba atmaqdırsa, onda bunu Amerika xalqı adından verilən müdrik qərar adlandırmaq olmaz", - o bildirib.


Geri qayıt