Əsas Səhifə > Dünya > Hindistanda Rusiya istehsalı olan təyyarə qəzaya uğradi

Hindistanda Rusiya istehsalı olan təyyarə qəzaya uğradi


Bu gün, 02:41

Hindistan Hərbi Hava Qüvvələrinin An-32 hərbi nəqliyyat təyyarəsi Assam ştatının şimal-şərqindəki Corhat hava bazasına eniş edərkən qəzaya uğrayıb. "DİA-AZ" xəbər verir ki, bu barədə Hindistan Hərbi Hava Qüvvələri şənbə günü, 13 iyun tarixində sosial media hesabında X-də məlumat verib.
Qəza yerli vaxtla təxminən saat 10:00-da planlaşdırılmış uçuş zamanı baş verib. Hindistan hakimiyyət orqanlarının məlumatına görə, qəzada beş hərbçi həlak olub. Hindistan Hərbi Hava Qüvvələrinin sözçüsü AFP-yə bildirib ki, digər heyət üzvü, ikinci pilot sağ qalıb.

Geri qayıt