Əsas Səhifə > Dünya > Zelenskinin bəzi açıqlamaları məni qəzəbləndirir

Zelenskinin bəzi açıqlamaları məni qəzəbləndirir


Bu gün, 06:18

Polşanın Baş naziri Donald Tusk Ukrayna Prezidenti Volodimir Zelenskinin bəzi açıqlamalarının onu qəzəbləndirdiyini etiraf edib.

Bu barədə "Onet" portalı məlumat yayıb.

“Məni də bəzən sərhədin o tayından gələn ağılsız bəyanatlar qıcıqlandırır. Mən uzun müddət Zelenskiyə izah etmişəm ki, sizin öz hissləriniz var, bizim də öz hisslərimiz. Biz sizə necə qayğı göstəririksə, siz də bizə elə yanaşın”, - deyə Tusk bildirib.


Polşa hökumət başçısı hesab edir ki, Varşava ilə Kiyev arasındakı münasibətlər bərabərhüquqlu əsasda qurulmalıdır.

Onun sözlərinə görə, iki ölkə arasındakı tərəfdaşlıq qarşılıqlı hörmət prinsiplərinə söykənməlidir.


Geri qayıt