Əsas Səhifə > Dünya > ABŞ İran neftinin satışına görə yeni sanksiyalar tətbiq edib

ABŞ İran neftinin satışına görə yeni sanksiyalar tətbiq edib


Bu gün, 07:10

ABŞ İran neftinin satışı və daşınması ilə əlaqəli 16 şirkət, bir fiziki şəxs və 8 gəmini sanksiya siyahısına daxil edib.

APA xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, tədbirlər İran hərbi qurumlarının neft satışından əldə etdiyi gəlirləri məhdudlaşdırmağa yönəlib.

Sanksiyalar Hindistan, Qətər, Çin, BƏƏ, Sinqapur və Marşal adalarında fəaliyyət göstərən şirkətləri də əhatə edir.


Geri qayıt