Əsas Səhifə > Dünya > Trampın Çin səfəri...
Trampın Çin səfəri...Bu gün, 04:59 |
|
Tramp bu gün Çinə səfərə yollanır. Tramp səfər öncəsi nə qədər çalışsa da İranı masaya əyləşdirə bilmədi və Hörmüz boğazını da aça bilmədi.
Müharibədə nəticə əldə edə bilməyən, Hörmüzü aça bilməyən və öz şərtlərini İrana diqtə edə bilməyən zəif Tramp ilə masaya oturmaq Çinin ən böyük arzusu idi. Ona görə də Pekin Tehrana hər cür dəstəyi verdi ki, Trampla görüşə qədər danışıqlar baş tutmasın, Hörmüz bağlı qalsın.
Buna görə, İran ABŞ-nin son razılaşma təklifinə cavabı bir həftə gecikdirdi, Trampın səfərinə 3 gün qalmış yenidən eyni bəndləri ehtiva edən təklif irəli sürdü ki, danışıqlar baş tutmasın.
Bir sözlə, Çindəki görüş yeni dünya düzəninin güc bölgüsüdür, ABŞ isə Trampın ağılsız addımları üzündən bu görüşə əliboş, uduzmuş halda gedir.
Trampa qalsa görüşdən boyun qaçırar, amma görüşə getməmək də ayrı rüsvayçılıqdır deyə məcbur getməlidir.
Nəzərə alsaq ki, görüş mart ayının sonları baş tutmalı idi, Tramp görüşü təxirə saldı, İranda nəticə əldə edib, masaya əli güclü oturacağına ümid edirdi, amma İran onun bütün kartlarını əlindən aldı.
Müəllif: Afiq Əli - "DİA-AZ"
Geri qayıt |