Əsas Səhifə > Dünya > ABŞ İranda növbəti bombardmanlara hazırlaşır

ABŞ İranda növbəti bombardmanlara hazırlaşır


Bu gün, 11:03

ABŞ-ın İran ətrafına hərbi qüvvələr toplaması intensivləşib.
Bildirilir ki, son 48 saatda təkcə Almaniyadan Fars körfəzi yaxınlarına ən azı 30 hərbi yük təyyarəsi uçub. Təyyarələrin hamısı ABŞ Hərbi Hava Qüvvələrinə məxsusdur, onlardan 29-u Boeing istehsalı C-17A Globemaster III təyyarəsi, biri isə Lockheed Martin istehsalı C-130J-30 Hercules təyyarəsi olub.
Uçuşlardan 18-i ümumiyyətlə "Yaxın Şərq" istiqamətində qeydə alınıb, 7-si İsrailə, 4-ü isə İordaniyaya enib.
ABŞ Hərbi Hava Qüvvələrinin məlumatlarına görə, C-17 təyyarələri təxminən 77,5 ton yük daşıya bilir və sürətli hərbi daşımalarda istifadə olunur. C-130J-30 təyyarələrinin isə 128 əsgər və ya qarışıq yük daşımaq qabiliyyətinə malik olduğu deyilir.
Bundan əlavə, ABŞ-ın bölgəyə üç təyyarədaşıyan gəmi göndərib: USS George H.W. Bush, USS Abraham Linkoln və USS Gerald R. Ford. Bu təyyarədaşıyan gəmilərdə təxminən 15.000 əsgər, 200 qırıcı təyyarə və helikopter yer alır. Eləcə də 12 hərbi gəminin ABŞ təyyarədaşıyanlarını müşaiyət etdiyi bildirilir.
Bununla belə, ABŞ-ın 15 min əsgərlə İrana qarşı genişmiqyaslı quru əməliyyatına başlaması mümkün deyil. Görünən budur ki, Pentaqonun məqsədi Hörmüz boğazında mühasirəni getdikcə daraltmaq və İranın bəzi mühüm strateji obyektlərini bombardman etməkdir.
Heydər Oğuz - "DİA-AZ"

Geri qayıt