|
İrana hərbi müdaxilə dünya enerji bazarında son 53 ilin 3-cü böyük şokuna səbəb olub. Əvvəlki 2 böhranın hər birində təxminən 10 il uzunmüddətli yüksək qiymətlər qaldı və hər bir mərhələnin iqtisadi nəticələri oldu. 1973-cü il böhranı enerji səmərəliliyini artıran texnologiyaları meydana gətirdi. Məhz bu texnologiyaların sayəsəsində son 50 ildə ABŞ və Avropa iqtisadiyyatı real olaraq 4-5 dəfəyə yaxın böyüsə də, enerji tələbatı 2 dəfəyə yaxın böyüdü. Qənaət texnologiyaları hesabına Avropada enerji tələbatı son illər ümumiyyətlə artmır, əksinə azalmağa meyllidir. 2003-2014-cü illəri əhatə edən yüksək enerji qiymətlərinin əsas nəticəsi alternativ enerji mənbələrinə qətiyyətli keçid oldu. İndi başlayan 3-cü enerji böhranı bu prosesi daha da sürətləndirəcək və Beynəlxalq Enerji Agentliyinin rəhbərinin son açıqlamasında da bu mövqe ifadə edilir. Bərpa olunan Enerji üzrə Beynəlxalq Agentliyin son hesabatına görə, 2015-2025-ci illərdə qlobal enerji istehsal güclərində alternativ mənbələrin payı 25%-dən 50%-ə yüksəlib. Təkcə 2025-ci ildə istismara verilən alternativ energi gücləri 16% artıb. Təkcə Türkiyənin vəziyyətinə baxdıqda, real mənzərəni daha aydın görmək olur: 2025-ci ildə Türkiyədə 37 milyard kv/saat günəş enerjisi istehsal edilib. Bu Azərbaycanın ümumi istehsalından 32% çoxdur. Türkiyəli mütəxəssis deyir ki, bu istehsal olmasa idi, Türkiyə təbii qaza 4 milyard dollar xərcləməli idi. Hörmüz böhranı enerji keçidini daha da sürətləndirəcək. Hələlik proses xeyli hay-küysüz görünə bilər. Amma bir mərhələrə qiymətiləri sürətlə aşağı çəkən böhran çox qısa müddətdə başlayacaq. Aşağı təhsilli və texnoloji potensiala malik, rəqabətli və azad biznes mühiti yarada bilməmiş resurs ölkələri üçün yüksək qiymətlər dövründə qazandıqlarından fəqli olaraq o zamankı itirdiklərini saymaq elə də rahat olmayacaq.
Müəllif: Rövşən Ağayev - "dia-az"
Geri qayıt
|