Əsas Səhifə > Dünya > ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib

ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib


Bu gün, 03:51

ABŞ-ın İran blokadasının bir hissəsi olaraq 37 gəmi müxtəlif istiqamətlərə yönləndirilib.

APA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Qeyd edək ki, ABŞ və İsrail bu ilin fevral ayının 28-də İran ərazisindəki obyektlərə zərbələr endirməyə başlayıb.

Aprelin 8-də Vaşinqtonun Tehran ilə danışıqlar aparmaq üçün hücumları dayandırdığı elan edilib.

ABŞ prezidenti Donald Trump dəniz blokadasının razılaşma əldə olunana qədər davam edəcəyini deyib.


Geri qayıt