|
İran parlamentinin sədri Qalibafın ABŞ ilə danışıqlar qrupundan istefa verdiyi iddia edilir. Xəbər doğrudursa, böyük ehtimalla bunu SEPAH-ın təzyiqi ilə, sağ qalmaq üçün edib. Tramp “İranda danışdığımız loyal insanlar var” deyəndə, Qalibafı nəzərdə tuturdu. Artıq o da yoxdursa, İranla danışmağa dəyərmi? Bir ölkədə ki siyasətçilər danışır, qərarı isə SEPAH verir. Belə dövlətlə razılaşma olacağına inanmaq sadəlövhlükdür. Ümuniyyətlə, ABŞ-İran müharibəsi artıq maraq itirməyə başlayıb. İnsanları deyilən sözlər yox, nəticə maraqlandırır. Nəticə isə yoxdur. Tramp hər gün saat 17.00-da (Bakı saatı ilə) sosial şəbəkəsində nəsə yazır, çox vaxt da hədələyir. Amma çoxları onun bəyanatlarını ciddi qəbul etmir. Çünki dediklərini reallığa çevirmir. ABŞ ya yeni toqquşmadan çəkinir, ya da daha böyük zərbə üçün vaxt qazanır. Hazırkı vəziyyət olduqca sıxıcıdır.
Müəllif: Nigar Sabirqızı - "DİA-AZ"
Geri qayıt
|