Əsas Səhifə > Dünya > ABŞ rüsumlardan 600 milyard dollar gəlir əldə edib

ABŞ rüsumlardan 600 milyard dollar gəlir əldə edib


Bu gün, 06:19

ABŞ prezidenti Donald Tramp əlavə rüsumların tətbiqinin ABŞ-a təxminən 600 milyard dollar gəlir gətirdiyini açıqlayıb.

APA xəbər verir ki, Tramp bu barədə “Fox News”a verdiyi müsahibədə danışıb.

"Rüsumlar uğur üçün vacibdir. Biz 600 milyard dollarlıq rüsum toplamışıq", Tramp bildirib.

O, həmçinin, əlavə edib ki, ABŞ Ali Məhkəməsi rüsumları ləğv edərsə, ABŞ administrasiyası bunu əvəz edəcək başqa bir vasitə tapacaq.


Geri qayıt