Əsas Səhifə > Dünya > Qaranlığa qərq olan dünya iqtisadiyyatı...
Qaranlığa qərq olan dünya iqtisadiyyatı...22-01-2026, 08:44 |
|
Dünya İqtisadi Forumunun Qlobal Risklər 2026 Hesabatı" yaxın (2028-ci ilədək) və uzun (2036-cı ilədək) dövrdə dünya üçün qaranlıq bir mənzərəni ortaya qoyur.
Qısa dövr üçün risklər:
1. Geo-iqtisadi qarşıdurma (sanksiyalar, ticarət məhdudiyyətləri, təchizat zəncirlərində problemlər),
2. Dövlətlərarası silahlı münaqişələr və regional müharibələrin genişlənmə riski,
3. Dezinformasiya və yanlış məlumatların artması (sosial media və süni intellekt vasitəsilə məlumat manipulyasiyası, bunun nəticəsində cəmiyyətdə etimadın azalmasına və siyasi gərginliyin artması),
4. Cəmiyyət daxilində qütbləşmə (siyasi və sosial parçalanmanın dərinləşməsi, demokratik institutların zəifləməsi riski),
5. Kiber təhlükəsizlik riskləri (enerji, bank, səhiyyə infrastrukturuna kiberhücumlar)
6. İqtisadi durğunluq və maliyyə böhranları (yüksək borclanma, inflyasiya, maliyyə bazarlarında qeyri-sabitlik).
Uzun müddətli risklər kimi ekstremal iqlim hadisələri (quraqlıq, daşqınlar, istilik dalğaları), iqtisadiyyat və ərzaq təhlükəsizliyinə ciddi təsir, süni intellektin mənfi nəticələri (iş yerlərinin itirilməsi, təhlükəsizlik və nəzarət problemləri) göstərilir.
Bu risklər inkişaf səviyyəsindən asılı olmayaraq bütün ölkələr üçün var. Amma heç şübhə yoxdur ki, iqtisadi baxımdan inkişaf etmiş, siyasi, hüquqi və institusional baxımdan daha mükəmməl ölkələr bu risklərə qarşı daha dayanıqlı olacaq.
Zəiflər daha dağıdıcı zərbələr alacaq...
Rövşən Ağayev - "DİA-AZ"
Geri qayıt |