Əsas Səhifə > Dünya > Suriya PKK-sı YPG ABŞ-ı günahlandırır ki...
Suriya PKK-sı YPG ABŞ-ı günahlandırır ki...21-01-2026, 11:28 |
|
Suriya PKK-sı YPG ABŞ-ı günahlandırır ki, bəs bizi niyə yarı yolda buraxdınız? Biz sizin üçün İŞİD-i yox edəndə yaxşı idik, indi pisik?
ABŞ-ın cavabı isə çox maraqlıdır: Siz İŞİD-i bizim üçün məhv etmədiniz. Əksinə İŞİD sizi qırırdı və biz sizi dəstəkləyirdik ki, qırılmayasınız. Üstəlik, bu müttəfiqliyimiz xətrinə, əhalinin cəmi-cümlətanı 5-7%-ni təşkil etdiyiniz halda, sizə Suriya neftinin hamısını, suyunun isə 80%-ni vermişdik. Siz də onu kimsəylə paylaşmadan dədə malı kimi istismar etdiniz.
Nə edək ki, siz Suriyanın tamamını idarə edə biləcək qədər güclü deyilsiniz və ölkənin 90%-dən çoxu da yemək yeməli, su içməlidir. Suriyada artıq sizin mövcudluğunuzu təhdid edən İŞİD problemi qalmadığından, ölkənin idarəçiliyini yerli qüvvələrə buraxırıq. Sizi də bacardığımız qədər himayə edəcəyik. Amma qüsura baxmayın, qalxıb da Əhməd Əşaraya “əlindəki bütün iqtisadi imkanları PKK-ya ver, özün isə acından öl” də deyə bilmərik.
Bizə sığınarkən əsaslandığınız arqumentlər nə idi, yadınıza salın. Deyirdiniz ki, Bəşər Əsəd Novruz bayramını keçirməyimizə icazə vermir. Əhməd Əşara rejimi Novruz bayramını milli bayram kimi rəsmi təqvimə salmadımı? – saldı. Əvvəl pasportunuz belə yoxdu, Əşara rejimi sizə nəinki pasport verdi, hətta sizi Suriya xalqının meydana gətirən əsas etnik ünsür kimi tanıdı. Məktəbiniz, media qurumlarınız da var və istəsəniz universitet də aça bilərsiniz.
Bəs, bu anası ölmüş yetim Əhməd Əşara daha sizin üçün nə etməlidir ki, bir daha mənim qapımı döyməyəsiniz?
İnsafən, siz deyin, ABŞ haqsızdırmı?
Heydər Oğuz - "DİA-AZ"
Geri qayıt |