Əsas Səhifə > Dünya > Maduro diktator idi, AMMA...

Maduro diktator idi, AMMA...


3-01-2026, 15:30

Maduro xalqına zülm edirdimi? Edirdi. Maduro öz ölkəsinin qanunlarını və Ana Yasasını ayaq altına atıb, hakimiyyəti qəsb etmişdimi? Etmişdi. Diktator Maduronun üsul-idarəsi xalqın iradəsinə qarşımı idi? Bəli, qarşı idi. Maduronu devirmək üçün xalqın gücü yetmirdimi? Yetmirdi!
Amma ABŞ və Tramp Maduronun diktator və qəsbkar olduğuna görə, xalqına zülm etdiyinə görə oğurlamadı, Amerikanın imperialist maraqlarına xələl gətirdiyinə görə girov götürdü. ABŞ-ın bu siyasi qərarı tam bir rəzalət və beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır. Bir dövlət başçısı obirisini oğurlatdıra bilməz - diktator olsa belə.
Maduronun hakimiyyətdən kənarlaşdırılması yalnız BMT-nin Təhlükəsizlik Şurasının qərarına əsasən baş verə bilərdi. Və yaxud beynəlxalq tribunalın qərarı əsasında! Belə bir qərar yoxdur.
Deməli, ABŞ növbəti dəfə beynəlxalq cinayət törədərək, beynəlxalq hüququ ciddi şəkiləd pozub və dünyada olduqca təhlükəli presedent yaradıb. Bundan sonra, hansısa dövlət başçısı digərindən xoşu gəlmirsə qətlə də yetirə bilər, oğurlatdıra da bilər, edam da etdirə bilər...
Ortaəsrliyə sürətlə yuvarlanırıq!
Eynulla Fətullayev - "DİA-AZ"

Geri qayıt