Əsas Səhifə > Dünya > Bu, Budanov üçün böyük təhlükədir...

Bu, Budanov üçün böyük təhlükədir...


3-01-2026, 07:54

Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak korrupsiya ilə bağlı ittihamlardan sonra istefa verdikdə Prezident Volodimir Zelenskinin cəmiyyətin də qəbul edə biləcəyi çevik köməkçiyə ehtiyacı var idi. Zelenski bu vəzifəni Ukrayna Hərbi Kəşfiyyat Baş İdarəsinin rəhbəri Kiril Budanova həvalə edib. İkinci Maydan hərəkatı zamanı Ukrayna ordusu faktiki dağılmışdı. Budanov Donbasda baş qaldıran separatçılara qarşı özünümdafiə batalyonlarının sırasına qatılaraq ilk döyüşlərdə iştirak etmişdi. Döyüşlərdə qazandığı uğurlara görə, 39 yaşlı Budanov general rütbəsinə qədər yüksəlib. Budanov kəşfiyyata rəhbərlik etdiyi dövrdə işğalçı Rusiyaya qarşı müxtəlif əməliyyatlar həyata keçirib. Rusiyada generallara qarşı məxfi əməliyyatların hazırlanması Budanovun adı ilə bağlıdır. Rusiya kəşfiyyatı Budanovu qətlə yetirmək üçün müxtəlif əməliyyatlar planlaşdırsa da, uğur qazana bilməyib. Budanov yeni vəzifəsində ölkəsinin müdafiə və təhlükəsizlik qüvvələrinin inkişafına, eləcə də diplomatiyaya cavabdeh olacaq. Bu Budanov üçün növbəti sınaqdır və o qarşısında qoyulan vəzifələrdə uğur qazana bilsə, Zelenskinin varisi ola bilər.

Elxan Şahinoğlu - "DİA-AZ"


Geri qayıt