Əsas Səhifə > Dünya > ABŞ ordusu okeanda narkotik ticarəti ilə məşğul olan gəmilərə hücum edib
ABŞ ordusu okeanda narkotik ticarəti ilə məşğul olan gəmilərə hücum edibBu gün, 06:21 |
|
ABŞ ordusu Sakit Okeanın şərqində beynəlxalq sularda narkotik kartellərinin istifadə etdiyi üç gəmiyə zərbələr endirib. "Report" xəbər verir ki, bu barədə ABŞ-ın Cənub Komandanlığı sosial şəbəkədə məlumat yayıb. "Kəşfiyyat gəmilərin Şərqi Sakit okeanda məlum narkotik qaçaqmalçılığı marşrutu ilə hərəkət etdiyini və narkotik vasitələri daşıdığını təsdiqləyib. Hücum nəticəsində 3 nəfər həlak olub", - komandanlığın bəyanatında deyilir. ABŞ Cənub Komandanlığı bildirib ki, ölənlərdən üçü gəmilərdən birində olub, digər ikisi isə digər iki qayığı tərk edib. Daha sonra hərbçilər gəmiləri batırıb və axtarış-xilasetmə üçün ABŞ Sahil Mühafizəsini xəbərdar edib. Geri qayıt |