Əsas Səhifə > Dünya > Rusiya Tayvanı Çinin ayrılmaz hissəsi kimi tanıdı
Rusiya Tayvanı Çinin ayrılmaz hissəsi kimi tanıdıBu gün, 08:47 |
|
Publika.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS agentliyinə verdiyi müsahibədə bildirib. O vurğulayıb ki, "Rusiyanın Tayvan məsələsindəki fundamental mövqeyi hamıya məlumdur, dəyişməzdir və ən yüksək səviyyədə dəfələrlə təsdiqlənib: “Rusiya Tayvanı Çinin ayrılmaz hissəsi kimi tanıyır və adanın istənilən formada müstəqilliyinə qarşıdır”. Dekabrın 28-də Vaşinqtondakı Çin səfirliyinin sözçüsü Liu Penqyu ABŞ-ın silah satışına görə Tayvanı "barıt çəlləyi" adlandırıb. O qeyd edib ki, vergi ödəyicilərinin pullarını israf edən "Tayvan qüvvələri" separatçı gündəmi irəli sürərkən hərbi qüdrətlərini artırmağa çalışırlar. Geri qayıt |