Əsas Səhifə > Dünya > Yaponiya Baş naziri Trampın Çinə səfərindən əvvəl ABŞ-a getmək niyyətindədir
Yaponiya Baş naziri Trampın Çinə səfərindən əvvəl ABŞ-a getmək niyyətindədir20-12-2025, 06:17 |
|
Yaponiya Baş naziri Sanae Takaici ABŞ Prezidenti Donald Trampın Çinə planlaşdırılan səfərindən əvvəl ABŞ-a rəsmi səfər etməyə ümid edir. Məlumata görə, səfər üçün mümkün tarixlərdən biri 2026-cı ilin əvvəli və ya Yaponiyada 2026-cı maliyyə ili üzrə dövlət büdcəsi layihəsi parlamentdə qəbul edildikdən sonra mart ayıdır. Sanae Takaici səfər çərçivəsində Donald Trampla Yaponiya–Çin münasibətlərindəki gərginliklə bağlı fikir mübadiləsi aparmağı, həmçinin Yaponiyanın milli təhlükəsizlik strategiyasının yenilənməsi planını müzakirə etməyi planlaşdırır. Geri qayıt |