Əsas Səhifə > Dünya > Məşhur bloger narkotik ittihamı ilə HƏBS EDİLDİ

Məşhur bloger narkotik ittihamı ilə HƏBS EDİLDİ


Bu gün, 04:07

Oyunları və təxribat xarakterli məzmunu ilə tanınan amerikalı vloger Cek Doerti Mayamidə narkotik ittihamı ilə həbs edilib.

Publika.az NBC məhkəmə sənədlərinə istinadla məlumat yayıb.

Bildirilib ki, 5 milyondan çox abunəçisi olan "YouTube" kanalının 22 yaşlı yaradıcısına qadağan olunmuş maddələrin saxlanılması, marixuana saxlanılması və polisə zor tətbiq etmədən müqavimət göstərmə ittihamları irəli sürülüb.

Məhkəmə Doertinin həbsdən azad olunması üçün 3500 dollar məbləğində girov müəyyən edib.


Geri qayıt